haberL haberR

Gürcüstan Müsəlmanları İdarəsi mövlud tədbiri keçirib- (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 09.01.2015 10:21:36 1544 dəfə oxunub.

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Gürcüstan paytaxtında Hz.Məhəmməd Peyğəmbərin (s) və Hz. İsanın (ə) mübarək mövludu və eləcə də bu günə təsadüf edən İmam Cəfər Sadiqin (ə) təvəllüdü münasibəti ilə bayram tədbiri keçirilib

İslamazeri.az-ın məlumatına görə, tədbir Quran ayələrinin tilavəti ilə başladıqdan sonra, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Acarıstan üzrə müftisi Beqlar Kamaşidze, BGMİ-nin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, İran İslam Respublikasının Gürcüstandakı səfiri Abbas Talebifər, Türkiyənin Diyanən Başkanlığının Gürcüstandakı nümayəndəsi Nebi Gümüş və başqaları çıxış edərək Hz. Məhəmməd (s) və İsanın (ə) Peyğəmbərlərinin həyatından, onun insanlığa verdiyi örnəklərdən söhbət açaraq, Gürcüstanda İslam dinin inkişafından danışıblar və son günlər bəzi müsəlman ölkələrində və dünən Fransada baş verən hadisələri pisləyiblər. Belə hadisələrin sülhsevər, barışıq və sevgi dini olan İslamla heç bir əlaqəsi olmadığı söylənilib.

 

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze tədbir iştirakçılarını Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından təbrik edib, hamıya əmin-amanlıq, səadət və xoşbəxtlik arzulayıb. O, çıxışında Fransada baş verən hadisələri Dini Agentlik adından pisləyib və bu hadisələri ekstremizm adlandırıb: "Mən iki həftə bundan əvvəl Tehranda təşkil edilən beynəlxalq konfransda iştirak etdim. Tədbirdə mən Gürcüstanı təmsil edirdim. Konfrans terrorizm ilə mübarizəyə həsr olunmuşdu. Tədbirdə qeyd olundu ki, dini konfessiyalar arasında anlaşılmazlıq vaxtında həll edilməlidir. Buna görə də təhsil və maarifləndirmə üsullarından istifadə etmək lazımdır. Belə olmasa, bax Fransadakı hadisələr kimi vəhşiliklər baş verəcək"- deyə Z. Vaşaxmadze vurğulayıb.


Tədbirdə Azərbaycan, İran və Türkiyə səfirliklərinin rəsmiləri, ölkəmizin müxtəlif yerlərindən gələn müsəlmanlar, din və ictimaiyət xadimləri iştirak ediblər. Mərasimin bədii hissəsində "İxlas" İlahilər qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib. Sonda məclis iştirakçıları bayram süfrəsinə dəvət olunub.
Qeyd edək ki, İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si (bu il üçün 4-9 yanvar) tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu günləri kimi qeyd edir. İslamın böyük alimləri bu həftəni "Vəhdət həftəsi" elan ediblər. Bu tədbirin keçirilməsində İran İslam Respublikası və Türkiyənin dini nümayəndəlikləri BGMİ ilə əməkdaşlıq ediblər.

Gürcüstan Müsəlmanları İdarəsi mövlud tədbiri keçirib-(foto)

/haberimaj/habergaleri/4T1I0L1R7W4D.JPG
  1. Gürcüstan Müsəlmanları İdarəsi mövlud tədbiri keçirib-(foto)

  2. Gürcüstan Müsəlmanları İdarəsi mövlud tədbiri keçirib-(foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.