haberL haberR

Gürcüstanda Azərbaycan dilində 2 dini dərs vəsaiti hazırlanıb

Kateqoriya: Region Yayımlama tarixi: 21.02.2015 15:46:58

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Elmi-Dini Heyətinin qərarı ilə iki dini dərs vəsaiti Azərbaycanca hazırlanaraq çap edilib

Bu barədə islamazeri.az-a QMİ-nin sədri Hacı Ramin İgidov məlumat verib.

O deyib ki, birinci, “Quranın dili” adlanan 72 səhifəlik irihəcmli kitabda ərəb əlifbası, 30-cu cüz və İlahi kitab barədə sual və cavablar dərc olunub. 

İkinci “Din təlimi” adlanan 256 səhifəlik A4 formatda nəşr olunan kitab, İslamın əqidə üsulları, dini-şəri hökmləri, İslam tarixi (Peyğəmbəri (s) ilə birgə Hz. Fatimeyi Zəhranın (s.ə), Hz. İmam Əlinin (ə) və digər imamların həyatı) və İslam əxlaqından bəhs edir.

Məscid, mədrəsə və digər ibadət məkanlarında gənc və yeniyetmələr səviyyəsində bir illik Quran kursu və din təlimi proqramı üçün tədris materialı kimi nəzərdə tutulan dərsliklər gələn həftə səksən beş nəfərdən ibarət axund və din xadimlərinin ümumi iclasında şagirdlərinin sayına görə onlara təqdim olunacaq.

Artıq Quranı ərəbcədən üzündən oxuya bilənlərə isə QMİ tərəfindən ərəbcə Qurani-Kərim hədiyyə olunacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.