haberL haberR

Gürcüstanda dini qurum dövləti məhkəməyə verib

Kateqoriya: İslam Yayımlama tarixi: 25.05.2015 12:00:00

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) Gürcüstan Dini Məsələlər Üzrə Gövlət Agentliyini məhkəməyə verib

Bu bərədə islamazeri.az-a Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Mirtağı Mirhüseyn oğlu Əsədov bildirib:

"Bizə ötən ilin son aylarında dini agentlikdən məktub gəlib ki, eyni hüquqlu dini idarələrdən təmsilçilik şurası yaradılsın. Biz isə cavabında, dini agentliyə razılıq məktubu göndərməyimizə baxmayaraq, nəzərə alınmadıq. Agentlik dövlətin təhlükəsizlik orqanları tərəfindən yaradılmış qondarma, islam şəriəti pozuntuları edən, müəmmalı formada idarə edilən Bütün Gürcüstan Müsəlmanları İdarəsini (BGMİ) qeyri qanuni, tərəf tutmaqla himayəsinə alıb. Eyni hüquqlu idarə olmağımıza baxmayaraq, dini agentlik özlərinin istəkləri ilə hərəkət edən qondarma idarə ilə gözdən pərdə asmaq üçün işlərini davam etdirir. Bu səbəbdən dini agentliyə bir neçə etiraz məktubu yazdıq, lakin bizi cavabsız qoyduqlarına görə onları məhkəməyə verdik. Əminəm ki, 08.06.2015 tarixdə məhkəmənin ədalətli qərarı ilə haqq öz yerini tapacaq".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.