Gürcüstanda İmam Əlinin (ə) mövludu ilə əlaqədar silsilə tədbirlər keçirilib - Foto

İslamazeri.az-ın verdiyi xəbərə görə, Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Rəcəb ayının 13-dən (21 apreldən) etibarən Gürcüstanın bir çox yerlərində olduğu kimi bu gün müsəlmanların kompakt yaşadığı Marneuli şəhərində də təmtəraqla qeyd olunub.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunan tədbirdə şəhərin din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olunan din xadimləri və dindarlar iştirak edib.
Şirniyyat süfrəsi ətrafında iki hissədən ibarət təşkil olunan tədbiri Rza Qasımov Quran tilavəti ilə başlayıb. Tədbirin aparıcısı Vidadi Qurbanov çıxış üçün ilk öncə sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O, mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Hz. Əlinin (ə) İslamın meyar simvolu ola biləcəyindən söz açıb: “Hz. Əli (ə) elə bir şəxsiyyətdir ki, Onun fəzilət və məqamı məzhəbindən aslı olmayaraq bütün müsəlmanlar tərəfindən qəbul olunub və eyni zamanda hər iki məzhəb onu “imam” və ya “xəlifə” kimi qəbul etməklə onun öndərliyini və rəhbərliyini təsdiqləmiş olub. Ona görə də şübhəsiz Peyğəmbərdən (s) sonra bu şəxsiyyətin İslam ümməti tərəfindən ideal və örnək şəxsiyyət olaraq tanıtdırılması müsəlmanların birliyinə gətirib çıxaracaqdır”.
Sonra BGMİnin Qərbi Gürcüstan üzrə müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Əli Əliyev və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze mərasim iştirakçılarını təbrik edərək, çıxışlarına Həzrətin həyatından örnəklər söyləyib İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğunu qeyd etdilər.
Tədbirin rəsmi hissəsinin sonunda Ali Dini Rəhbər Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Necat Hz. Əlinin (ə) dövlət rəhbərlərinə sifarişlərini və insani keyfiyyətləri yüksəldən örnək xüsusiyyətlərini önə çəkərək bir neçə nəsihət və hikmətlərini ətraflı geniş şəkildə bəyan edib.
Tədbirin qeyri rəsmi hissəsində Əhlibeyt məddahı Cəfər İmani Nejad və Vasif Vəsfinurun Hz. Əlinin (ə) şəninə oxuduqları şeir, qəsidə və ilahilərlə davam edib.

-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.