haberL haberR

Gürcüstanda möhtəşəm "Qədir-Xum" bayramı qeyd edildi (Foto - Video)

Kateqoriya: İslam Yayımlama tarixi: 06.10.2015 11:05:02

Tədbirdə bir çox ziyalı çıxış edib

İslamazeri.az ahlibeyt.ge-yə istinadən xəbər verir ki, dünən "Gürcüstan Əhli-Beyt Cəmiyyəti"nin və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə) Aşiqlər Forumu" ilə "Zeynəb" Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində səadətli "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Qare Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan bayram mərasiminin aparıcısı Elçin Daşdanzadə mərasim iştirakçılarını bu mühüm gün münasibətilə təbrik etmiş və Mina faciəsi ilə bağlı Səudiyyə idarəçiliyini tənqid etmişdir.

Sonra təbrik üçün söz İran İslam Respublikasının Gürcüstandakı səfiri cənab Abbasa verilmişdir. Cənab səfir də öz növbəsində bayram münasibəti ilə təbrikdən sonra Qədir-Xum haqqında Rəhbər Seyid Əli Xamneinin sözlərini xatırladaraq demişdir: "Qədir-Xum avamın Kərbəlası, Kərbəla isə havassın Qədir-Xumudur".

Sonra Bakıdan təşrif buyurmuş Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi İmam Əliyə (ə) ithaf olunmuş şeir oxuyub.

Bundan sonra söz Türkiyədən dəvət olunmuş Əhli-Beyt (ə) Alimləri Dərnəyinin baş katibi ilahiyyatçı alim, təhqiqatçı-publisist Kadir Akarasa verilmişdir. Dəyərli alim ilk öncə Qədir-Xum haqqında qısa məlumat vermiş və Qədir-Xumun fəlsəfəsindən danışmışdır.

İlahiyyatçı-alim bildirmişdir ki, bəzilərinin dediyi kimi vəli dost deyil, sahib mənasındadır. Alim vurğulamışdır ki, Peyğəmbər (s) zamanında bir-birinə mehriban olan və səfa-səmimiyyət içində yaşayan ümmət 25 il haqqın susması nəticəsində bir-birinə düşmən kəsildi.

Bundan sonra başqa bir məsələyə diqqət çəkən alim demişdir ki, iddia edildiyinin əksinə olaraq İmam Əli (ə) Qədir-Xum haqqında dəfələrlə danışmışdır ki, buna misal olaraq "Nəhcül-Bəlağə" kitabında yer alan "Qədiriyyə" xütbəsini göstərmək olar.

Məclis Əhli-Beyt (ə) məddahının Əhli-Beytin (ə) şəninə ifa etdiyi ilahilərlə davam etmişdir və "Fərəc" duasının oxunması ilə başa çatmışdır.

Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

/haberimaj/habergaleri/3W0I2R2T1E9I1J8Z7C8I4M1U.JPG
  1. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  2. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  3. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  4. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  5. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  6. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  7. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  8. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  9. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  10. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  11. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  12. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  13. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  14. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  15. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  16. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  17. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  18. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  19. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  20. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

  21. Gürcüstanda möhtəşəm Qədir-Xum bayramı qeyd edildi (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.