Gürcüstanda Qazax sakininin qətlində şübhəli bilinənlər saxlanıldı

İslamazeri.az xəbər verir ki, apa-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN-nin saytında bildirilib. Qeyd olunub ki, faktla bağlı Gürcüstan vətəndaşları olan 4 nəfər azərbaycanlı və bir nəfər gürcü saxlanılıb: "Kvemo-Kartli Regional Polis Əməliyyat-Axtarış Baş İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Çeyhun G., 1991-ci il təvəllüdlü Çərkəz M., 1988-ci il təvəllüdlü Adil K., 1985-ci il təvəllüdlü Zaur M. və 1987-ci il təvəllüdlü Merab M. qəsdən adam öldürmə və silahlı soyğunçuluq maddəsi ilə saxlanılıblar".
İstintaq aydınlaşdırıb ki, martın 22-də 21.00-da Qırmızı Körpünün 97 kilometrliyində Tiflis markalı "Mercedes" avtomobilinin sürücüləri içində iki nəfər Azərbaycan vətəndaşı olan marşrut maşınını saxlayıblar. Sonra Nəriman Mustafayev bıçaqla vurulub və onun üstündəki 160 000 Azərbaycan manatı və 45 000 lari pul oğurlanıb. Hadisəni törədənlər qaçıblar. N. Musafayev yaralandıqdan sonra hadisə yerində ölüb.
Kvemo Kartli regional polis əməkdaşları cinayətkarları iki gündən sonra tutublar. Hadisə ilə bağlı Gürcüstan CM-nin 108-ci maddəsinin 179-cu bölməsi III hissəsi ilə (qəsdən qətl, silahlı soyğunçuluq) cinayət işi qaldırılıb, istintaq aparılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.