haberL haberR

Gürcüstanda "Qədir-Xum işığında İslam vəhdəti" seminarı keçirildi

Kateqoriya: İslam Yayımlama tarixi: 05.10.2015 15:26:50

Həzrəti İmam Əlinin (ə) Peyğəmbərin (s) əziz canişini və müsəlmanların imam və rəhbər təyin olunduğu gün “Qədir-xum” bayramı günüdür

Bu münasibətlə bü günlər Gürcüstanın bir çox müsəlmanlar yaşayan yerlərində - məscidlərdə və böyük zallarda müxtəlif şəkillərdə bayram mərasimləri keçirilərək, Qədir-xum həqiqətləri ictimaiyyətə çatdırılır. Bunlardan biri də ruhani və din xadimələrinin iştirakı ilə Tbilisidə yerləşən “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında “Qədir-xumun işığında İslam vəhdəti” mövzusunda seminar keçirilib.

Bu barədə İslamazeri.az-a konfrans təşkilatçıları xəbər verib. Seminarın aparıcısı Gürcüstan Ruhanilər Heyətinin üzvü Məşədi Vidadi Qurbanov Qədir-xumla bağlı ümumi məlumat verdikdən sonra sözü ilk öncə Quran tilavəti üçün Əhli-beyt məscidinin axundu Hacı Rahid Kərimova verib. Qədir-xum hadisəsini əks etdirən tarixi video çarx izləndikdən sonra məclis maraqlı çıxışlarla davam edib. İki saata yaxın davam edən bu elmi yığıncaqda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Hacı Yasin Əliyev, Türkiyə Cümhuriyyətindən “Kövsər” adına Maarifləndirmə Dərnəyinin rəhbəri Hacı Kadir Akaras, İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin sədri Müctəba Kamranfərd, Marneuli şəhərinin baş axundu, İmam Rza (ə) adına mədrəsənin müdiri Hacı Əziz Nəbiyev və başqaları çıxış ediblər.

Seminarda Qədir-xum həqiqətlərini çatdırmanın İslam ümmətinin vəhdətinə səbəb ola biləcəyindən, İslam ümmətinin vəhdətinin zəruriliyindən və faydalarından, İslam Peyğəmbərinin Qədir-xum mesajlarından və tövsiyələrindən danışılıb. Seminar bitdikdən sonra iştirakçılar restoranda təşkil olunan bayram süfrəsinə dəvət olunublar.

Gürcüstanda Qədir-Xum işığında İslam vəhdəti seminarı keçirildi

/haberimaj/habergaleri/7Y4K6T7V5G3K5M2B1E2K8O5W.JPG
  1. Gürcüstanda Qədir-Xum işığında İslam vəhdəti seminarı keçirildi

  2. Gürcüstanda Qədir-Xum işığında İslam vəhdəti seminarı keçirildi

  3. Gürcüstanda Qədir-Xum işığında İslam vəhdəti seminarı keçirildi

  4. Gürcüstanda Qədir-Xum işığında İslam vəhdəti seminarı keçirildi

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.