haberL haberR

Gürcüstanda sərhədi keçən azərbaycanlı Ermənistanda saxlanılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.08.2015 10:45:46

T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və Yerevanda ona 2 ay saxlanılacağını dediklərini bildirib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı  Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

Turqay Mikayılovun qohumu Bahar Mikayılova açıqlamasında deyib ki, hadisə iyulun 23-də baş verib: “Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında,  Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən,  yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı Yerevana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır".

B. Mikayılova deyib ki, T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və Yerevanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.

T. Mikayılovun ailəsi hadisə ilə bağlı Gürcüstanın hüquq-müdafiə orqanlarını məlumatlandırıblar.  Hüquq-mühafizə orqanlarından ailəyə T. Mikayılovun qaytarılması üçün danışıq aparıldığı bildirilib. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.