haberL haberR

Gürcüstanda SOCAR YDM-ə hücum edilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.03.2015 11:40:49

Yanacaq Doldurma Məntəqəsinə hücum zamanı iki nəfər xəsarət alıb

İslamazeri.az-ın “newsgeorgia”-ya istinadən verdiyi xəbərə görə, Gürcüstanın pasytaxtı Tbilisi şəhərində SOCAR şirkətinə məxsus

Yanacaq Doldurma Məntəqəsinə hücum zamanı iki nəfər yaralanıb.

Hadisə gecə saatlarında martın 23-də Quramişvili küçəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər SOCAR YDM-ə hücum edərək bıçaqla YDM-in menecerinə və operatoruna xəsarət yetiriblər. Yaralılar çoxlu qan itiriblər və təcili tibbi yardımla xəstəxanaya aparılıblar.
Hadisə ilə əlaqədar olaraq Gürcüstən CM-in 118 maddəsi ilə cinayət işi açılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.