haberL haberR

Gürcüstandan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 25.12.2014 12:10:54

Maşının arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif markalı pnevmatik tapançalar aşkar edilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumatda, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Eyvazov Aynur Hüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz C180” markalı 90HX538 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Komitədən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif markalı pnevmatik tapançalar aşkar edilib. Bundan başqa sürücünün oturacağının altında olan qara polietilen torbadan 20 ədəd üzərində 9 mm patronlar, şəffaf polietilen paketə bükülmüş vəziyətdə 400 ədəd metal qırmalar, 3 ədəd pnevmatik silah üçün nəzərdə tutulmuş qaz balonları və 2 ədəd gözyaşardıcı qaz balonları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Bundan başqa, Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində isə külli miqdarda dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb. “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycana gələn, Azərbaycan vətəndaşı Məmmədov Elçin Davud oğlunun idarə etdiyi “Mercedes Benz Travego” markalı 90UB373 dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qabaq sağ təkərinin üstündə yerləşən saxlanc yerindən, ümumilikdə 887 konvalyutda 11714 ədəd həblər və 4 adda 1590 ədəd dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.