haberL haberR

Gürcüstandan idxal olunan avtomobillərin sayı 80 faiz azalıb

Kateqoriya: Region Yayımlama tarixi: 21.01.2016 14:36:38

Komitə bu haqda məlumat yaydı
Ötən il Gürcüstandan Azərbaycana 63 567,3 min dollar dəyərində 3 455 ədəd minik avtomobili ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 098 ədəd avtomobil və ya 80,3% azdır. 

Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsinin 2015-ci il üçün açıqladığı hesabatda bildirilib. 

Qeyd edək ki, 2014-cü ildə Gürcüstandan Azərbaycana 267 957,9 min dollar dəyərində 17 553 ədəd, ötən il isə 63 567,3 min dollar dəyərində 3 455 avtomobil ixrac edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.