haberL haberR

Gürcüstanın baş naziri hakim partiyanın sədri seçildi

Kateqoriya: Region Yayımlama tarixi: 14.05.2016 17:16:13

Bu gün (14 may) Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının (Kartuli osneba-demakratiuli Sakartvelo) IV qurultayı keçirilib

Report xəbər verir ki, Baş nazir Qeorqi Kvirikaşvili partiyanın sədri seçilib. 

Dövlət himninin səsləndirilməsi ilə başlayan qurultayda hökumət üzvləri, dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, keçmiş baş nazirlər Bidzina İvanişvili və İrakli Qaribaşvili iştirak ediblər.

Partiyanın baş katibi Kaxa Kaladze hesabat məruzəsi ilə çıxış edib.

Sonra təşkilati məsələyə baxılıb. K.Kaladze partiyanın sədri vəzifəsinə baş nazir Qeorqi Kvirikaşvilinin namizədliyini irəli sürüb.

Qiorqi Kvirikaşvili açıq səsvermə yolu ilə, yekdilliklə partiyanın sədri seçilib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.