Hərbi Dəniz Qüvvələri yeni hərbi gəmilərlə təmin olunacaq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ümumilikdə Silahlı Qüvvələrdə, xüsusilə Hərbi Dəniz Qüvvələrində aparılan köklü islahatlar, görülən işlər və perspektivlər, o cümlədən şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti barədə danışıb.
Təlimlərə hazırlıq, onun keçirilməsi və yekunlarını təhlil edən müdafiə naziri bildirib ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qısa müddətdə komandanlıq tərəfindən qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, plana uyğun olaraq aparılan təlimlərin uğurla baş tutması üçün bütün tədbirləri həyata keçiriblər.
Nazir qeyd edib ki, hər bir matros, miçman və zabit vətənpərvərlik hissini, Vətənimizə, xalqımıza və onun Ali Baş Komandanına sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Silahlı Qüvvələrimizin şəxsi heyəti düşmən üzərində hər an qələbə əldə edə bilər.
Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafına toxunan müdafiə naziri hazırda müasir standartlara və yeni tələblərə cavab verən geniş infrastruktura malik hərbi dəniz bazasının tikintisinin sürətlə aparıldığını, o cümlədən dəniz qüvvələrinin yeni hərbi gəmilərlə təmin olunacağını xüsusilə qeyd edib.
Sonda təlimə cəlb olunan birləşmə və hissələrin döyüş sahəsində birgə fəaliyyət göstərib tapşırıqların öhdəsindən gələrək fərqlənən hərbi qulluqçuları müdafiə naziri tərəfindən mükafatlandırılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.