haberL haberR

Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

Kateqoriya: Ölkə Yayımlama tarixi: 24.10.2014 10:07:17

YÜksək dözümlülüyü vədavamlığı ilə fərqlənən hərbi formalar verildi

Azərbaycanda hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir.

 

Müdafiə Nazirliyindən islamazeri.az-a verilən məlumata görə, bundan əlavə pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə də fərqlənirlər.

 

Eyni zamanda hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və iki mərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir.

 

Eyni zamanda iplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunur.Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlıqlarının yeniləri ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir.

 

Hazırda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri, hərbi-tədris müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları"na əlavə dəyişikliklərin edilməsi barədə qərar qəbul olunması üçün layihə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

/haberimaj/habergaleri/2Q9C1M2O1Z8C.JPG
  1. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  2. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  3. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  4. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  5. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  6. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  7. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  8. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  9. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

  10. Hərbi qulluqçuların yay və qış geyimləri-FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.