haberL haberR

Hacı Abgül Süleymanov 15 gün müddətinə "kars"a salınıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 25.10.2014 15:32:33 3936 dəfə oxunub.

Xəbər verdiyimiz kimi bir neçə gün öncə yaxınları ruhani ilə görüşə getdiyində Hacı Abgülün cərimə kamerasına salındığı deyilmişdi

Bu gün ruhaninin vəkili Zaman Səmədov 13 saylı CÇM-ə gedib. Bu barədə Hacı Abgül Süleymanovun vəkili İslamazeri.az-a açıqlamasında bildirib.

Vəkil deyib ki,  Abgül Süleymanovun "kars" salınmasının səbəbi tamamilə özündən asılı olmayan işlərə görədir: "Onluq bir iş olmayıb. Lakin Abgül Süleymanovu 15 gün müddətinə cərimə kamerasına salıblar. Noyabrın 5-i "kars" müddəti bitir. Hacının Qobustan qapalı cəza çəkmə müəssisəsinə köçürülmə məlumatı isə həqiqəti əks etdirmir. Bunu bizə həbsxanada heç kim təsdiqləmədi."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.