Hacı Abgül Süleymanov əməliyyat olunub
Kateqoriya: Xəbərlər
Yayımlama tarixi: 20.03.2015 17:58:07
8187 dəfə oxunub.

Bu gün isə ruhani əməliyyat olunub. Bu haqda ruhaninin həyat yoldaşı Zəhra Süleymanova islamazeri.az-a məlumat verib.
Onun sözlərinə görə, Hacı Abgül Süleymanov 16 gündür xəstəlikdən əziyyət çəkib: "Hacı Abgülün bağırsağında xəstəlik peyda olub. Lakin 8 saylı həbsxanada laqeydlik göstəriblər. Sonra daxili tibb məntəqəsinə göndərilib. Amma hacının vəziyyəti düzəlmək əvəzinə daha da pisləşib. Qanında zəhərlənmə olub və baş gicəllənmələri artıb. Bundan sonra, Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Mərkəzi Müalicə Müəssisəsindən həkim gəlib, onu müayinə edib. Həkim dərhal onun Müalicə Müəssisəsinə köçürülməsini tələb edib. Hacı dünən axşam saatlarında Müalicə Müəssisəsinə köçürülüb. Bu gün səhər saatlarında isə əməliyyat olunub və düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının çirklənməsinin qarşısı alınıb. Hazırda Hacının səhhəti yaxşılaşmağa doğru gedir, lakin həkim nəzarətində saxlanılır. Bir müddət müalicə olunmalı və bədəni güclənməlidir".
Zəhra Süleymanova Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Mərkəzi Müalicə Müəssisəsində həkimlərin ona yaxşı münasibət bəslədiyini qeyd edərək deyib: "Hacı Abgül Bəyalı doktorun adını xüsusi olaraq qeyd edib və ona öz təşəkkürünü bildirib".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.