haberL haberR

Hacı Abgül Süleymanovun işi Avropa məhkəməsində

Kateqoriya: Ölkə Yayımlama tarixi: 16.02.2015 17:19:01 3690 dəfə oxunub.

Bu barədə ruhaninin vəkili islamazeri.az-a açıqlamasında bildirib
11 müddətinə həbsə məhkum edilmiş ruhani Hacı Abgül Süleymanov saxlanıldığı 13 saylı CÇM-də daxili nizamnaməni pozduğuna görə, ikincidi dəfə yenidən qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsi hökm çıxarıb. Qərardan verilən apellyasiya məhkəməsində 13 saylı ÇCM-də Abgül Süleymanovun hansı nizamnamənin hansı tələblərini pozması isə açıqlanmayıb.
 
Ruhaninin vəkili Cavad Cavadov islamazeri.az-a bildirib ki, apellyasiya qərarından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib: "Hacı Abgül Süleymanovun 2013-cü ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə həbsxanaya keçirilməsinə dair məhkəmə qərarlarından tərəfimdən  Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Həmçinin, şikayətin məhkəməyə çatmasına dair vəkil kimi mənə məktub da göndərilib".
 
Vəkil Cavad Cavadov Hacı Abgül Süleymanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin çıxardığı qərardan da Avropa məhkəməsinə müraciət ediləcəyini bildirib: "Hazırda Abgül Süleymanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsinə dair məhkəmə qərarları ilə bağlı şikayət hazırlanır və yaxın vaxtlarda göndəriləcək".
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.