Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Kateqoriya: Ölkə
Yayımlama tarixi: 17.03.2015 11:46:11
8489 dəfə oxunub.

Hicab məhbusu Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb.
Bu barədə islamazeri.az-a A.Süleymanovun vəkili Zaman Səmədov məlumat verib. O bildirib ki, A.Süleymanovun səhhəti heç yaxşı deyil. Onun mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi bildirilir: "Hazırda A.Süleymanovla görüşə gəlmişik. Amma canındakı ağrılar səbəbindən bizlə görüşə gəlməyə imkanı olmadı. Onun mədə-bağırsaq orqanlarında ağrıları var. Hazırda yerdə yatır. O, heç ayağa da dura bilmir. Onun təcili şəkildə ixtisaslaşdırılmış xəstəxanaya köçürülməsi lazımdır. Hələ ki, məsələ ilə bağlı əngəllər var. Bu gün də həkim gəlib müayinə etməli idi, amma hələ ki həkim yoxdur, gəlməyib. Təcili olaraq, onun xəstəxana şəraitində müalicə olunması vacibdir. Məncə, həbsxana daxilində bu mümkün deyil. Yəni, onun xəstəliyi yüngül xəstəlik deyil ki, həbsxana şəraitində müayinə edilsin".
Vəkil qeyd edib ki, əvvəllər də A.Süleymanovun xəstəliyi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsinə müraciət edib. Amma onun müraciətinə qeyri-dəqiq cavab verilib: "Əvvəllər də digər xəstəliyi ilə əlaqədar olaraq Penitensiar Xidmətin Tibb Baş İdarəsinə müraciət etsək də, bizə dəqiq cavab vermədilər".
Xatırladaq ki, hicab məhbusunun bundan əvvəllər də digər xəstəliklərlə mübarizə aparmışdı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.