haberL haberR

Hacı Abgülün MTN təcridxanasındakı xatirələrindən; həbs olunan müstəntiqlə maraqlı söhbət

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 06.11.2015 17:44:00

Hazırda qapalı tipli həbsxanada həbs həyatı yaşayan Abgül Süleymanovun MTN təcridxanasındakı xatirələrindən yazıb

 Bir neçə gün öncə bu haqda bir yazı yayımlanmışdı.

 Abgulsuleymanov.com bu yazının davamını təqdim edir:

Bir ildən çox MTN təcridxanasında  xüsusilə MTN-nin yüksək rütbəli məmurları ilə maraqlı söhbətlərim olurdu.

Belə söhbətlərdən biri MTN-nin İstintaq İdarəsinin rəisi general  Mövlan Şıxəliyevlə olmuşdu.

Söhbətə başlayanda o mənə "Nə istəyirsiz?" dedi...

Mən isə ona "Hicabı orta məktəblərdə niyə qadağan edirsiz?" dedim.

O isə mənə "Mən etməmişəm İran edib..." dedi.

Mən generala "İran bizə Hicab qadağan edəb bilər?! Özü islam ölkəsi ola-ola belə şey, özüdə bizim ölkəmizdə?.... Söz tapmırsan danışmağa." dedim...

Dedi: "Bilirsən niyə hicabı qadağan etmişik? Ona görə ki, sən Abgül bir vaxt çıxıb deyəcəksənki, şərab içmək haramdır şərab zavodları bağlanılsın. Haradaki hicablı xanımlar var durub sən dediyini deyəcəklər. Onlar deyəcəklərki, eşidmədizki, Abgül deyir ki, şərab haramdır və şərab zavodları bağlanılsın..."

Digər barəsində danışmaq istədiyim şəxs mənim istintaqımı aparan polkovnik leytenant, İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovdur. Bu şəxsə Allah haqqında danışanda qulaqlarını iki əllə yumar və "mənim yanımda Allahdan danışma" deyərdi. Mən ona bir dəfə  "Vaxt gələcək övladlarınız namaza, oruca dinə gələcək. Bizə qoşulacaqlar" dedim. O isə "heç vaxt imkan vermərək onlar dinə gəlsinlər..." dedi...

 

"İstintaq İdarəsinin rəisi, general Mövlam Şıxalıyev bir dəfə də məni otağına çağırtdırdı.

 Mövlam Şıxəliyev məni yuxarıdan aşağı süzüb dedi: "Abgül niyə bura gəlmisən?"

 Dedim: "Siz həbs edib gətirmisiniz."

 Dedi: "Abgül bilirsən bura haradır?"

 Dedim: "Bəli bilirəm."

 Dedi: "Abgül bura haradır?"

 Dedim: "Ola bilsin bura kimlərçünsə əzəmətli və qorxulu yer olsun. Amma mənim üçün istər bura istər başqa yer, hamısı birdir, adidir, yer kürəsidir. Nə sözünüz varsa buyurun."

 Dedi: "Abgül biz niyə yəhudi, sionist oluruq?"

 Dedim: "Azərbaycan xalqının əksəriyyətini müsəlmanlar təşkil edir. Deyim siz də özünüz düşünün. Müsəlman ölkəsində məscidləri sökən, namuslu xanımların başlarını örtməyini qadağan edən kim olar?"

 Mövlan Şıxəliyev bir anlıq şok vəziyyətində sükut edib sonra dedi: "Səni cərəyandan çıxaracağıq. Sən təhlükəsən."

 Dedim: "Cərəyan Allahın əlindədir. İstədiyini cərəyandan çıxardar, istədiyini cərəyana salar."

 İstintaqda heç nə sübut edə bilməyən keçmiş müstəntiq polkovnik leytenant Vüsal Ələkbərov yanına çağırıb dedi: "Gəl sən ittihamları (silahı, narkotiki) üzərinə götür. Belə etsən işini yüngülləşdirərəm."

 Dedim: "Vüsal müəllim nə qədər yüngülləşdirəcəksən?"

 Dedi: "3 il."

 Dedim: "Bəs təklifinizlə razı olmasam necə?"

 Dedi: "11-12 il."

 Dedim: "Vüsal müəllim mən 12 ili seçirəm".

 Vüsal Ələkbərov dedi: "Hacı vallah türmə kişi yeri deyil və bunun ardınca uzun söhbət də elədi. Oğru Mameddən də misal gətirdi..."

 Dedim: "Vüsal müəllim türmədən heç kim sığortalanmayıb."

 Dedi: "Əgər məni deyirsənsə biz 4 qardaşıq. Dördümüz də bu millətə, dövlətə xidmət edirik. Mən dövlət qulluqçusuyam. Mən gör harda oturmuşam. Məni kim tuta bilər?"

 Dedim: "Heç kəs sığortalanmayıb."

 O barmağı ilə başının üstündəki şəkili göstərib soruşdu ki, onu da tutub sala bilərlər zindana?

 Dedim: "Axı mən söylədim ki, heç kim sığortalanmayıb."

 Vüsal dedi: "Sən dəlisən, başın xarabdı."

 Qeyd edək ki, Hacı Abgül Süleymanov Kürdəxanı istintaq təcridxanasında saxlanılan keçmiş MTN əməkdaşı Vüsal Əkbərova sovqat göndərməyi planlaşdırır.

 

 

Qeyd: Bu xəbər də, silinən xəbərlərin içində olduğu üçün yenidən yayımlayırıq.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.