haberL haberR

Hacı Əhməd Abbasov torpağa tapşırıldı - (Yeniləndi, Foto-Video)

Kateqoriya: Reportaj Yayımlama tarixi: 28.07.2015 16:58:45

Azərbaycanın tanınmış ruhanisi Hacı Əhmədin yas məclisində ölkənin tanınmış ilahiyyatçıları, deputatlar və həmçinin QMİ-nin sədri Allahşükür Paşazadə iştirak edib.

Xəbər verdiyimiz kimi axund Hacı Əhməd Abbasov dünən səhər saatlarında uzun sürən ağır xəstəlikdən sonra 73 yaşında haqqın dərgahına qovuşub.

Mərhum, bu gün 12.00 radələrində yaşadığı Buzovna kəndində izdihamlı cənazə namazı qılındıqdan sonra torpağa tapşırıldı.

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın tanınmış ruhanisi Hacı Əhmədin yas məclisində ölkənin tanınmış ilahiyyatçıları, deputatlar və həmçinin QMİ-nin sədri Allahşükür Paşazadə iştirak edib. 

Xatırladaq ki, qazi Hacı Əhməd Abbasov ömrünün son anlarına qədər Təzə Pir məscidinin axundu kimi fəaliyyət göstərirdi.  O,  1942-ci il sentyabrın 21-də Masallı rayonunun Babaser kəndində dünyaya gəlib. Dövrünün nüfuzlu din xadimlərindən sayılan Şeyx Qüdrətullahın ailəsində böyüməsi onun gələcək həyatının formalaşmasında böyük rol oynayıb. Dini təhsilini davam etdirmək üçün Özbəkistana getməsi, Buxara və Daşkənddə tanınmış alimlərdən dərs alması Hacı Əhmədin ruhani kimi yetişməsində mühüm rol oynayıb. O, imtahanları uğurla verib Buxaradakı "Mir Ərəb" mədrəsəsinə qəbul olub. 1971-ci ildə  İmam əl-Buxari adına Daşkənd İslam Universitetinə daxil olub. Həmin zamanlar Daşkənd İslam Universiteti sovetlər birliyində ali dini təhsil verən yeganə tədris müəssisəsi idi. Orada çox böyük ustadlardan dərs alıb. Təhsilini bitirəndən sonra Azərbaycana qayıdan Hacı Əhməd biliyini gənclərə öyrətməklə, ölkəmizdə ruhani kadrların hazırlamasında böyük əmək sərf edib. İlk əvvəl 3 ay Maştağa məscidində axund köməkçisi vəzifəsində çalışıb. 3 aydan sonra Buzovna məscidinə axund kimi göndərilib. Elə bu zamanlardan başlayaraq tələbələr hazırlamağa başlayıb. O, Bakı İslam Universitetinin yaradıcılarından biridir. 17 il BİU-də müəllim kimi fəaliyyət göstərib. Elə müəllim olduğu dönəmdə Təzə Pir məscidinə axund təyin edilir. Hacı Əhməd tanınmış din xadimi kimi bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən görkəmli şəxsiyyətlərdən biri olub. O, 1980-cı ildə Dehlidə keçirilən konfrans zamanı Hindistanın keçmiş baş naziri, tanınmış siyasətçi İndira Qandi ilə görüşüb.

Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

/haberimaj/habergaleri/7R4C6M7O6Z4D.JPG
  1. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  2. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  3. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  4. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  5. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  6. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  7. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  8. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  9. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  10. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  11. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  12. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  13. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  14. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  15. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  16. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

  17. Hacı Əhməd Abbasov Buzovna kəndində torpağa tapşırıldı (Foto-Video)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.