haberL haberR

Hacı Fariz Xammədli: "...Bu arzunu dilinə gətirənlər, şəhidlər olarlar "

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 22.01.2016 15:59:34

Xəbər verdiyimiz kimi, 20 Yanvar qətliamı ilə bağlı İstanbulda "Zehra Ana Azərbaycan Məktəbi" tədbir təşkil edib

Tədbirdə məktəbin müdiri Serdar Koca, "Zehra Ana" dərnəyinin sədri  Meftune Atam çıxış ediblər. Çıxış edənlər hamısı 20 Yanvar qətliamı ilə bağlı fikirlərini bölüşmüş, Azərbaycan xalqına başsağlığı vermişlər.

Tədbirdə 20 Yanvar şəhidləri anılıb, məktəb şagirdləri qısa tamaşalar səhnələşdiriblər.

Tədbirdə Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Fariz Xammədli də, çıxış edib.

İslamazeri.az-ın verdiyi xəbərə görə, ilahiyyatçı alim  ilk öncə bu faciə münasibətilə başsağlığı verdikdən  sonra deyib: “Allah hamısının ruhunu şad etsin. Şəhidlik haqqında danışmaq istəyirəm. Şəhidlər bütün dinlərdə gəlib, bunun haqqında danışılıb. İslamda da şəhadətə önəmli yer verilib, rəng qatılıb. İmam Hüseyn (ə) Kərbəlada şəhadətə böyük önəm verdi.”

1990-cı il 20 Yanvar xatirələrindən də danışan ilahiyyatçı "20 Yanvar qətliamı zamanında mənim 10 yaşım var idi, biz müəllimlərimizdən bu haqda soruşurduq. Onlar bizə şəhidlərdən danışırdılar, bizə şəhid  sözü tanış idi. Mənim sinif yoldaşım hətta müəllimdən soruşaraq dediki, bizim qardaş bacılarımız Hüseynmi oldular? Müəllim isə “xeyr onlar Hüseyn olmadılar, lakin şəhidlərimiz Hüseynə (ə) qovuşdular onun yolunu davam etdirdilər”dedi. Biz bu günləri gözəl xatırlayırıq" deyə bildirib.

Hacı Fariz daha sonra deyib: "Qurani Kərim də, şəhidliyə xüsusi önəm verir. Quranda günahkarların “Allahım bizi dünyaya qaytar” kəlməsi bildirilir, lakin Allah onlara bir dəfə fürsət vermişdi, artıq onlar qaytarılmazlar. Pis insanlardan başqa yaxşı insanlarda, bu şeyi fikirlərindən keçirirlər, lakin  dilə gətirmirlər. Təfsirçilər bunu bildirirlərki, insanın can verməsi çox çətin olduğuna görə, yaxşı insanlar geri dönməyi istəməzlər. Quran məntiqinə görə, insanın ölüm anı, insan üçün ən dəhşətli andır. İnsan bir daha o anı – qorxunun dəhşətini yaşamamaq üçün geri dönmək istəməz və dünyaya gəlməkdən vaz keçərlər".

İlahiyyatçı şəhidlərin ölüm qorxusu olmadığını qeyd edərək bildirib: "Lakin hədislərdə buyurulur ki, bu arzunu dilinə gətirənlər şəhidlərdir. Çünki, onlar ölüm anının ağırlığını hiss etməzlər. Quran buyurur ki, ölüm şəhidə üç halda gələr; onların gözlərində Gülüstan, gül-çiçək görünər, sonra nəsim əsər və Allahın nemət dolu cənnətinə daxil olarlar. Bu böyük bir zirvədir. Allah Təala bizim xalqımızı bu məqamla şərəfləndirdi. Bizim qardaş və bacılarımız canlarını fəda etməklə dövlətçiliyimizi bərpa etdilər. Allah hamısına rəhmət etsin.”

Hacı Fariz Xammədli daha sonra özünün yazdığı şeiri səsləndirib.

 Diqqətinizi çəkə bilər  "Səlahəddin Özgündüz: Azərbaycan höküməti diqqətli olsun!" Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.