haberL haberR

Hacı Məmmədov hədələndiyini deyib

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 30.11.2015 15:50:33

DİN Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov dövlət başçısına müraciət edib.
“Report”un məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan H.Məmmədov son illərdə ilk dəfə ailə üzvləri ilə görüşüb.
 
Ona ailə üzvlərinin vasitəsi ilə vəkil tutulub. Vəkil artıq H.Məmmədovla görüşüb. H.Məmmədov yeni vəkilinə bildirib ki, ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olan dövrdə hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə sözünü deyə bilməyib.
 
H.Məmmədov qeyd edib ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur. O, Z.Nəsirovun süni olaraq, bu işə cəlb edildiyini deyib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.