haberL haberR

Hacı Nuran: "Məni bağışlayın..."

Kateqoriya: Sosial Yayımlama tarixi: 15.08.2015 15:29:51

Ziyarətimə gələnlər 5-10 dəqiqə oturub gedirlər, məni çox narahat etmək istəmirlər
Almaniyada "Uniklinika"da yenidən müalicəyə başlayan teleaparıcı hacı Nuran Hüseynov sosial şəbəkədə xəstəxanadan yeni fotosunu paylaşıb.
Səhhəti pisləşən aparıcı çox sayda dostunun onu ziyarətə gəldiyini bildirib:"Neçə gündür yanıma gəlib-gedən dostlarımın sayı-hesabı yoxdur. Ziyarətimə gələnlər 5-10 dəqiqə oturub gedirlər, məni çox narahat etmək istəmirlər. Onların gəlişi məni çox sevindirir. Məni burada tək qoymadıqları üçün hamısına minnətdaram. Məni bağışlayın ki, yanıma gələn dostlarımla xəstəxana paltarında şəkil çəkdirirəm. Həmçinin kimyaterapiyadan da çox kökəlmişəm".Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Hacı Nurana kimyaterapiyadan sonra transplantasiya ediləcək.(azxeber)
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.