haberL haberR

Hacı Şahin Həsənli Beynəlxalq Konfransda çıxış etdi(foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 24.11.2014 14:27:57 4216 dəfə oxunub.

Hacı Şahin Həsənli İranın Qum şəhərində “Təkfirçi və ifratçı hərəkatlar islam alimləri baxışında” adlı beynəlxalq konfransın toplantısında çıxış edib.

“Təkfirçilik islam dininin təhrif edilmiş nüsxəsidir”

İslamazeri.az ahlibeyt.az-a istinadən xəbər verir ki, bunu tanınmış ilahiyyaçı alim "Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli İranın Qum şəhərində “Təkfirçi və ifratçı hərəkatlar islam alimləri baxışında” adlı beynəlxalq konfransın toplantısında çıxışı zamanı bildirib.

 

İranın Qum şəhərində  Ayətullah Məkarim Şirazinin şəxsi təşəbbüsü ilə  “Təkfirçi və ifratçı hərəkatlar islam alimləri baxışında”  adlı beynəlxalq konfrans öz işinə başlamışdır.

 

Dünyanın 83 ölkəsindən 300-dən müxtəlif məzhəb və təriqətlərə mənsub 300-dən artıq din aliminin qatıldığı beynəlxalq konfransa Azərbaycan nümayəndə heyəti də qatılmışdır.

 

Nümayəndə heyətinə başçılıq edən QMİ-sədri Şeyx Allahşükür Paşazadəni ölkənin  ilahiyyatı alimləri Hacı Şahin Həsənli, Mircəfər Əyyubov ,Elşən Mustafaoğlu,Tofiq Əsədov və digərləri müşaiyət etmişlər.

 

Əldə etdiyimiz məlumata görə konfransın ilk  günü Azərbaycan nümayəndə heyeti adından  söz tanınmış ilahiyyatçı alim,"Meşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənliyə verilmişdir.

 

SalamNews agentliyinin verdiyi məlumata görə, Şahin Həsənli konfrasda çıxışı zamanı bildirib ki, ifratçılıq və təkfirçilk islam dininin təhrif etmək məqsədi daşıyır.

 

İlahiyyatçı alim çıxışı zamanı qeyd edib ki, “Müsəlmanların etiqadına diqqət etmək və xidmət göstərməyin yollarından biri də ilahi dəyərlərə söykənən bir baxışı seçməkdir. Təkfirçilik dinin təhrif edilmiş nüsxəsidir. Müsəlmanlar dini düşüncələrə baxdıqda, islamın əsas maarifini və əxlaqı diqqət mərkəzində saxlamalıdırlar. Onlar radikal addımlar və eləcə də dini dəyərlərə qarşı süstlükdə də ayıq-sayıq olmalıdırlar”

 

Əlavə edək ki, Hacı Şahin Həsənlinin beynəlxalq konfransda etdiyi çıxışın tam mətni hazırlanaraq təqdim olunacaqdır.

 

Qeyd edək ki,səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İranın Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamneyi ilə görüşü nəzərdə tutulur

Hacı Şahin Həsənli Beynəlxalq Konfransda çıxış etdi(foto)

/haberimaj/habergaleri/0Z7K9U0W9H6L.JPG
  1. Hacı Şahin Həsənli Beynəlxalq Konfransda çıxış etdi(foto)

  2. Hacı Şahin Həsənli Beynəlxalq Konfransda çıxış etdi(foto)

  3. Hacı Şahin Həsənli Beynəlxalq Konfransda çıxış etdi(foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.