Hacı Tale Bağırzadə AİP-dəki yeni təyinatdan danışdı
Kateqoriya: Ölkə
Yayımlama tarixi: 27.08.2015 22:24:09
4036 dəfə oxunub.

Xəbər verdiyimiz kimi AİP-də kadr dəyişikliyi edilib. Hacı Elçin Manafov AİP-in sədr əvəzi postundan istefa verib və səs çoxluğu ilə Hacı İlham Əliyev bu vəzifəyə seçilib. Mövzu ilə bağlı İslamazeri.az “Müsəlman Birliyi Hərəkatı”nın sədri Hacı Tale Bağırzadədən münasibət alıb.
O rəhbərlik etdiyi təşkilatın əsas prioritetinin vəhdət olduğunu bildirərək deyib: “Müsəlman Birliyi Hərəkatı” olaraq əsas prioritetlərimizdən biri də bütün İslami təşkilatlarla, o cümlədən Azərbaycan İslam Partiyası, “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi ilə sıx əməkdaşlıq, vəhdət və səmimi birlik mühitinin yaradılmasıdır. AİP-də edilən yeni dəyişikliyə gəlincə, şübhəsiz ki, əlaqələrimiz daha da sıxlaşacaq və əməkdaşlığımız davam edəcəkdir. Ümidvarıq ki, Hacı İlham Əliyevin AİP-in sədr əvəzi postuna seçilməsi partiyanın inkişafına səbəb olacaq və AİP-in qəhrəman lideri Hacı Mövsüm Səmədovun düşüncələri İslam Partiyasının idarəçiliyində əsas prioritetlərdən olacaqdır. ”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.