haberL haberR

Hacı Vaqif Abdullayevin dünyadan köçməsindən 3 il keçdi (Video)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.07.2015 17:56:53

"İlk hicab şəhidi" kimi anılan AİP sədrinin müavininin vəfatından 3 il keçdi

İslamazeri.az-ın verdiyi xəbərə görə, ölkədə "ilk hicab şəhidi" kimi anılan AİP sədrinin müavini Hacı Vaqif Abdullayevin həbsxanada vəfatından 3 il keçdi.

Vaqif Abdullayev 2012-ci ilin iyul ayının 12-də  Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib. Şəhadətindən bir gün öncə ailəsi Hacı Vaqiflə görüşmək istəsə də buna şərait yaradılmamışdı. Əvvəl gündən, istər ölkə, istərsədə dünya hüquq müdafiəçiləri bu həbsi siyasi məqsədli adlandırmışdı. AİP rəhbərliyi Hacı Vaqifin müalicəsində edilən səhlənkarlığa görə, onun həbsxanada şəhid olduğunu dəfələrlə önə çəkmişdi.

 

Xatırladaq ki, şəhid Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.

 

İslamazeri.az-ın 3 il əvvəl Hacı Vaqiflə bağlı hazırladığı video çarxı bir daha təqdim edirik:

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.