haberL haberR
"Bir ilə yaxındır ki, media üçün məqalə yazmıram. Demək olar ki, bu məqaləm zindanda yazdığım ilk yazıdır.

Kürdəxanı təcridxanasına gətirildikdə qonşu kamerada bir ağsaqqal dindarın olmasını digər dustaqlar mənə bildirdilər. Mənə maraqlı idi ki, bu ağsaqqal kimdir? Elə həmin gün Hacı Vaqiflə görüşdüm. Bildim ki, kamera yoldaşlarımın dediyi şəxs məhz Hacı Vaqifdir. Hacı Vaqifin üzünə əvvəlkindən daha çox nur gəlmişdi. Onun mömin, ağsaqqal simasında təbəssüm gördüm. Bir həftədən çox onun saxlanıldığı kamera ilə qonşu kamerada qaldım. Saatlarla gəzinti meydançasında bir-birimizi görmədən söhbət etdik.

Zindanda onun əxlaq və imanına görə çox hörmət edirdilər. Tez-tez bizə və digər kameralara yemək, şirniyyat və meyvələr göndərərdi.

Hacı Vaqiflə söhbətim zamanı bildim ki, ruhani Seyyid Həsən və mömin ziyalı Hacı Gündüz dünyasını dəyişib. Sözün düzü bu xəbər mənə çox təsir etdi. Allah onların ruhunu şad etsin. Hər iki şəxs, dəyərli və imanlı möminlər idi...

...Hacı Vaqiflə son görüşümdə isə mənə çox dəyərli nəsihətlər etdi. Nəsihətlərdən sonra isə dedi: “Mən Leninqradda (Sankt-peterburq) müəllim işləyirdim. Maddi baxımından hər şeyim var idi. Vətənimin dar günündə ölkəyə qayıtdım. Niyyətim Allaha xatir dinə, vətənə və xalqa xidmət etmək olub. Allahdan arzum budur ki, mənə şəhadət ləyaqəti versin. Siz cavanlaradır ümid. Haqq onsuzda qalib gələcək!”

Bu mənimlə Hacı Vaqifin son görüşümüz idi. Sonra eşitdim ki, Hacı Vaqif başqa kameraya köçürülüb...
Fürsətdən istifadə edib Hacı Vaqif Abdullayevin ailəsinə, yaxınlarında və dostların dərin hüznlə başsağlığı veririk. Allah Taaladan ona rəhmət diləyir və İmam Hüseyn (ə) və Kərbəla şəhidləri ilə məşhur etməsini dua edirəm.

Ramin Bayramov
İslamazeri.az-ın baş redaktoru
16 saylı Cəza Çəkmə Müəsisəsi" 
Arxivdən...

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.