haberL haberR

Hacıbala Abutalıbov prezident sərəncamını icra etmir

Kateqoriya: Sosial Yayımlama tarixi: 30.03.2016 15:15:33

Bütövlikdə şəhər üzrə xeyli sayda bağçalar və məktəblər təmir edilmir
Bakı şəhəri, Nizami rayonu, Rəhilə  Orucova adına 109 saylı orta məktəbin bir qrup  şagirdiBizimyol.info-ya müraciət edərək məktəblərinin təmirinə dövlətdən kömək istədiklərini bildiriblər. Öz növbəmizdə  heç bir müdaxiləsiz və şərhsiz məktəbin şəkillərini diqqətinizə təqdim etmişdik. 
 
Bu gün mövzunu davam etdiririk. Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən verilən məlumata görə sözügedən məktəbin təmiri Azərbaycan prezidentinin təsdiqlədiyi proqramla prezident tərəfindən təsdiqlənən proqramda nəzərdə tutulub. 
 
Qeyd edək ki, sözügedən proqram Azərbaycan Respublikası Prezidentinin 17.01.2014-cü il tarixli, 232 saylı Sərəncamları ilə təsdiq edilən "2014-2016-ci illərdə  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"dır. Proqramın  Tədbirlər Planınında  bir neçə məktəblə yanaşı Nizami rayonu, Rəhilə Orucova adına 109 saylı orta məktəbin də təmiri nəzərdə tutulur. Sərəncamda maraq doğuran məqam isə iş icrasının, yəni təmir işlərini həyata keçirməli olan dövlət qurumunun Təhsil Nazirliyi deyil, Bakı Şəhər İcra Hakimiyyəti olmasıdır. 
 
Belə çıxır ki, İcra Hakimiyyəti həm də ölkə başçısının imzaladığı sərəncamdan irəli gələn tələblərə sayğı göstərməyən dövlət qurumudur. 
 
Yeri gəlmişkən məsələyə münasibətlərini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 
 
Bu arada qeyd edək ki, bütövlikdə şəhər üzrə xeyli sayda bağçalar və məktəblər təmir edilmir.
 
Təmir edilənlərsə müəmmalı səbələr üzündən illərdir bağlı qalıb. Həmin müəssisələrdə çalışan insanlara əməkhaqqları qismən ödənilsə də faktiki olaraq insanlar işsiz qalıblar. 
Redaksiya Bakı Şəhər İcra Hakimiyyətinin rəsmilərinin də mövqeyini dinləməyə hazırdır. 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.