Hacıqabulda 8 nəfər birləşib 1 nəfəri öldürdü - TƏFƏRRÜATLAR

İslamazeri.az-ın Region TV-yə istinadən verdiyi məlumata görə, qan düşmənçiliyi zəminində qohumları tərəfindən qətlə yetirilən şəxsin Rusiya vətəndaşı olduğu məlum olub.
Mərhumun qohumlarının bildirdiyinə görə, əslən Kolanı kəndindən olan Rusiya vətəndaşı, 46 yaşlı Cahangir Şirəliyev bıçaq, dəmir ling və digər küt alətlərlə silahlanmış 8 nəfər tərəfindən ata yurdunda döyülərək xüsusi amansızlıqla qətlə yetirilib. Kəllə-beyin travması, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr və 4 bıçaq yarası alan C.Şirəliyev hadisə yerində dünyasını dəyişib.
Qətlə yetirilən şəxsin həyat yoldaşı Fəridə Şirəliyeva ərinin son nəfəsində ona zəng edərək 29 saniyə danışdığını bildirib və onun kimlər tərəfindən döyüldüyünü ona deyib: "Məni Davud, Rövşən, Natiq (Ədilovlar) və onların uşaqları döyüblər, qanın içindəyəm, ölürəm, atana de, məni xəstəxanaya çatdırsın".
Daha sonra səs kəsilib. Son anda köməyə gələn qohumu artıq C.Şirəliyevin öldüyünü görüb.
Qətldə iştirak edənlərdən biri - başından yaralanaraq Hacıqabul rayon xəstəxanasına yerləşdirilən Davud Ədilovun keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olduğu bildirilir. Qətlin onun tərəfindən, ötən ilin avqust ayında öldürülən qardaşı oğlu Habil Ədilovun intiqamını almaq məqsədilə planlaşdırıldığı qeyd olunur.
C.Şirəliyevi qətlə yetirməyi planlaşdıran qohumlar onu aldadaraq kəndə barışmaq üçün çağırıblar. Əslində isə onların fikiri barışıq yox, Cahangiri məhz mərhum H.Ədilovun ölümünün ildönümü ərəfəsində (avqust ayında) qətlə yetirmək olub.
Aralarında düşmənçilik olduğundan ailəsi ilə kənddəki evlərini tərk edən C.Şirəliyev artıq bir il idi ki, Şirvanda yaşayırdı. Ədavəti davam etdirən Ədilovlar isə Şirəliyevlərin ata evlərini dağıdaraq xarabazara çeviriblər.
Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 82 yaşlı Sərhəd Səhət oğlu Şirəliyev ötən il avqust ayında qohumu, 45 yaşlı Habil Nəcəf oğlu Ədilovu ov tüfəngi ilə öldürüb.
Hadisə ilə əlaqədar bir neçə nəfər istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hələlik faktla bağlı bir nəfər - mərhum Habil Ədilovun azyaşlı oğlu, 17 yaşlı Nəcəf Ədilov saxlanılıb.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.