haberL haberR

Hadi TV3 kanalının peyk ünvanı dəyişdi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 11.08.2016 9:56:47

İndiyə qədər “Hotbirt” peykində fəaliyyət göstərən Hadi TV3 kanalı artıq “Eutelsat”da fəaliyyətini davam etdirəcək.

Azərbaycan dilində dini məzmunda fəaliyyət göstərən Hadi TV3 kanalı “Hotbird” peykindən “Eutelsat”a keçirilib. İslamazeri.az-a verilən məlumata görə, kanal rəhbərliyi bunu ödənişin yüksək olması, həmin məbləği ödəmək iqtidarında olmadıqları ilə əlaqələndirib. O, izləyicilərin bunu anlayışlı qarşılayacağını ümid etməklə bərabər, texniki dəyişikliyə görə çoxsaylı izləyicilərdən üzrxahlıq edir. İndiyə qədər “Hotbirt” peykində fəaliyyət göstərən Hadi TV3 kanalı artıq “Eutelsat”da fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, "Eutelsat"da avropadan yayımlanır və Azərbaycan, Türkiyə, Rusiya, İran və s. ölkələrin kanalllarını özündə ehtiva edir. Hadi TV3 kanalını bundan sonra “Eutelsat” peykində aşağıdakı ünvanda izləyə bilərsiniz.

Hadi TV3 kanalının yeni yayım tezliyi (frekansı):

Satellite Eutelsat 7A

Frequency 11262

Polarity: H

Code Rate: 27500

FEC: ¾

Qeyd edək ki, Beynəlxalq Hadi TV3 kanalı 2010-cu ildə təsis edilib və qeyri-kommersiya təşkilatıdır. Təşkilatın başlıca məqsədi Quran, Peyğəmbər (s) və Əhli-beytin (ə) düzgün təlimlərini dünyanın türkdilli xalqlarına Hadi TV3 kanalı müasir texnalogiyadan istifadə edib, öz rasionallıq və məntiqi ilə seçilən Əhli-beyt (ə) məktəbinin həqiqətləri əsasında hazırladığı proqramları milyonlarla haqsevər insanlara təqdim etməkdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.