haberL haberR

"Halal gülüşü cəmiyyətə təqdim edə bilməsək..." - Ustad Qiraəti

Kateqoriya: İslam Yayımlama tarixi: 14.01.2016 18:21:21

Tanınmış alim höccətül-islam Möhsin Qiraəti təbliğlə bağlı tövsiyyələr edib

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, Tehranda keçirilən tədbirdə ustad Qiraəti İslam təbliğatının önəm və üsullarından söz açıb.

Ustad Qiraəti təbliğatla bağlı böyük alimlərdən sitat gətirərək deyib: “Ayətullah Burucerdi ayə və rəvayətlərin insanlar üçün açıqlanmasını ciddi tapşırardı. İlkin mərhələdə təhsil alan tələbə təbliği ailəsindən başlamalıdır. Təbliğ mübəlliğin maddi ehtiyacına görə tənzimlənməməlidir".

Ustad Qiraəti daha sonra cəmiyyətdə halal yumor və gülüş mədəniyyətinin təqdimatından son açaraq "Halal gülüşü cəmiyyətə təqdim edə bilməsək cavanlar haram gülüşün tapacaqlar. 35 ildir ki, pərşənbə günləri TV-dən yayımlanan proqramım tətil olmayıb. Statistikaya görə 35 ildə 12 min dəfə insanları güldürmüşəm. Təbliğ gülərüz və məhəbbətlə olmalıdır." deyə bildirib.

Ustad Qiraəti müsəlmanların işlərinin Qurana uyğun olmasının lazımlığından danışaraq deyib: "İşlərimiz Quranla tənimlənməlidir. Təəssüf olsun ki, Quranı lazımınca təbliğ edənimiz yoxdur.”

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.