haberL haberR

HDP lideri Dəmirtaş Lavrovla Moskvada İŞİD-dən danışdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.12.2015 13:59:47

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmtəsisçisi Səlahəddin Dəmirtaş Rusiyada səfərdədir

İslamazeri.az-ın Rudav-a istinadən verdiyi xəbərə görə, Rusiyada səfərdə olan kürd lider Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Rusiya XİN-də Bakı saatı ilə 12:00-da baş tutan görüşün əvvəlində Lavrov, Rusiyanın İŞİD-ə qarşı döyüşənlərlə işbirliyi aparmağa hazır olduğunu bildirib.

Rusiya XİN rəhbəri həmçinin HDP-nin Suriya haqqında fikirlərini dəyərləndirəcəklərini bildirib.

Lavrov daha sonra Türkiyə Rusiya arasındakı soyuq münasibətlərə işarə edərək "Rusiya-Türkiyə əlaqələrinin yaxşı olmadığı bir vaxtda Moskvadasınız. Türk hökümətinə qarşı mənfi mövqeyimiz, heç bir şəkildə Türk xalqına qarşı inkişaf etməyəcək." deyə danışıb.

Dəmirtaş da, söhbət zamanı Türkiyə -Rusiya əlaqələrinin pisləşməsinə qarşı olduğunu bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.