haberL haberR

HDP lideri Dəmirtaşdan İŞİD-lə döyüşən Livan "Hizbullah"ına dəstək

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.06.2015 18:31:48

TBMM-nə keçirilən seçkilər zamanı 80-ə yaxın deputat mandatı alan HDP lideri Livan "Hizbullah"ının telekanalında Livan "Hizbullah"ına dəstəyini açıqladı

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə parlamentinə keçirilən seçkilər zamanı 80-ə yaxın deputat mandatı alan HDP lideri Səlahəddin Dəmirtaş Livan "Hizbullah"ının "Əl Mənar" telekanalının aparıcısının suallarını canlı yayımda cavablandırıb.

Dəmirtaş AKP-nin xarici siyasətində bundan sonra dəyişiklik etməyə məcbur olduğunu bildirib.

HDP lideri Fələstin torpaqlarının işğalından da danışıb. O bu haqda deyib: "Bu işğala qarşı döyüşən bütün müqavimət təşkilatlarını salamlayıram. İsrail işğalına qarşı və Livan torpaqlarını canı ilə müdafiə edən "Hizbullah" hərəkatı müqavimətin simvolu olmuşdur. Dünya siyasəti bu gercəyi görməlidir. AKP-də  simvolik şüarlarla deyil, nəticə verəcək addımlar atmalıdır. Biz Livan xalqını dəstəkləyirik. Arada məsafə olmasına baxmayaraq, Livan xalqının müavimətə olan dəstəyini önəmli görür və bir xalqın belə bir dəstəyi və inancı olduğu vaxta qədər işğalçı güc zülmü davam etdirə bilməyəcək. Biz həmişə müqavimətə dəstək veririk".

HDP lideri xarici siyasətdə onların da sözünün olacağını diqqətə gətiib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.