Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü
MTN-də bandit dəstəsi yaratmaq işi üzrə saxlanılan bütün şəxslərə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
İnformasiyaya görə, MTN-in həbs edilən 19 yüksək rütbəli əməkdaşına qarşı bu gün Cinayət Məcəlləsinin 217 (banditizm) və 218-ci (cinayətkar dəstə təşkil etmə) maddələri ilə yeni ittiham irəli sürülüb. Bu maddələrlə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Virtualaz.org saytının əvvəl də xəbər verdiyi kimi, MTN-in yüksək rütbəli əməkdaşlarından biri barədə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostlarından biri isə axtarışa verilib. ( Virtualaz.org)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.