haberL haberR

Həbs edilmiş hərbçi: Bizə tapşırılmışdı ki, Ərdoğanı sağ şəkildə ələ keçirək

Kateqoriya: Dünya Yayımlama tarixi: 26.07.2016 23:48:39

Ərdoğanın qaldığı otelə hücum edən hərbçilərdən biri danışdı

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə əsasən, İstanublda yerləşən hərbi akademiyanın kursantı Mehmet Cantaz verdiyi ifadəsində bildirib ki, çevrilişə cəhd zamanı, Türkiyə Cumhutiyyətinin prezidenti Rəcəb Tayyib Ərdodağan Marmarisdə olduğu otelə hücum etmiş hərbiqulluqçular, Türkiyə liderini sağ şəkildə ələ keçirmək əmri almışdılar. 

 Ərdoğan Marmarisdə olduğu otelə hücumda iştirakda şübhəli bilinən 7 hərbçi, ötən gün Türkiyənin cənub-qərbində yerləşən Muğla əyalətində tutulublar.
 “Bizim qarşımıza prezidenti sağ tutmaq məqsədi qoyulmuşdu. Bu haqda 27 nəfərlik dəstə üzvləri bilavastiə əməliyyatdan öncə xəbərdar edilmişdilər. Hərbi-hava bazasında bizə mümkün toqquşmalara hazır olmaq vəziyyətində olmaq tapşırılmışdı. Bu bizim üçün şok oldu, lakin biz baş verənləri yalnız bir-birimizlə müzakirə edərək susduq. Mən biraz səs salan kimi, məni bu qrupdan ayıraraq, digər vertolyota otuzdurdular. Mən heç kəsə qarşı silah tuşlamamışam və atəş də açmamışam. Mən otelə girməmişəm.”, – Cantaz bildirib.
 Kursantın sözlərinə görə, onun, Fəthullah Gülən təşkilatının fəaliyyətinə dəxli yoxdur, yalnız hərbi akademiyadakı kurs yoldaşı, kapitan İsmayıl İgid tərəfindən onun qarşısına qoyulmuş xüsusi tapşırığı yerinə yetirib. Hərbçilərə deyilmişdi ki, onlar Marmarisə getməlidirlər və Baş-Qərargah rəisinin əmrini yerinə yetirməlidirlər, tapşırığın hədəfi haqda isə o, agah edilməmişdi.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.