Həbs olunan livanlı vəhhabi liderin yeni etirafları
Kateqoriya: Dünya
Yayımlama tarixi: 27.08.2015 13:29:57
2496 dəfə oxunub.

İslamazeri.az-ın “Əl-Əxbar”-a istinadən verdiyi xəbərə əsasən, Livanın rəsmi telekanallarında livanlı vəhhabi lideri Əhməd əl-Əsirin yeni etirafları yayımlanıb.
Bir neçə müddət öncə Livan təhlükəsizlik xidməti tərəfindən saxlanılan Əhməd əl-Əsir belə bildirib: “İranın Livanda olan səfirliyinə hücum edən Ədnan Muhəmmədi tanıyıram. Müxtəlif qarşıdurmalardan sonra ölkənin “Hizbullah” və “Əməl” təşkilatlarının yüksək rütbəli məsullarına qarşı terror aktı planlaşdırmaq qərarına gəldim. Bunun üçün qruplar təyin olundu. Birinci qrup Fələstin vətəndaşı olan yaxınımın əli ilə kamil surətdə silahla təchiz olundu və müqavimət briqadalarının məsullarını hədəfə almaq üçün hazır vəziyyətə gətirildi."
İkinci qrupu ölkənin cənubuna yolladığını deyən terrorçu lider sözlərinə belə davam edib: "Hizbullah" və "Əməl" üzvlərinə qarşı sui-qəsd törədilməsi üçün ikinci qrup ölkənin cənubuna yollandı. Digər qruplar da müxtəlif bölgələrə gedərək binalara silahları yüklədilər. Şeyx Mahir Həmud “Hizbullah”-ın iki məsulu - Zeyd Zahir və Muhəmməd Kosarani öldürmək istədiyimiz şəxslərdən idi."
Əl-Əsir sözlərinin sonunda ona edilən yardımlardan danışıb: "Mənim maliyyə baxımından bir çox dəstəkləyicim var və onların yalnız birindən 330 min dollar əldə etmişdim. Bundan əlavə televiziya kanalı açmaq üçün də 400 min dollar almışdım.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.