haberL haberR

Həbs olunan vəhhabi liderin arvadları etiraz aksiyası keçirdilər (Foto)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.08.2015 12:57:46

20-ə yaxın qadın polis bölməsinin qarşısına gəlib

İslamazeri.az xəbər verir ki, Livan kəşfiyyatı ilə “Hizbullah” müqavimət hərəkatının birgə keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilən vəhhabi terrorçu şeyx Əhməd əl-Əsirin arvadları polis bölməsinin qarşısında yığılıblar.

"Əhmədi sərbəst buraxın!" şüarını səsləndirən qadınlar livanlı polislərə müqavimət göstəriblər. 20-ə yaxın  qadının iştirak eytdiyi aksiya polis tərəfindən dağıdılıb.

Xatırladaq ki, saxta şəxsiyyət vəsiqəsi və fərqli görünüşlə Beyrut Hava Limanından Misirə, oradan da Nigeriyaya keçmək istəyən terrorçu Livan kəşfiyyatı və "Hizbullah"ın uğurlu əməliyyatı nəticəsində saxlanılıb.

Əhməd əl-Əsir 2013-cü ildə Livan ordusuna qarşı Ədra rayonunun Sidon şəhərində silahlı hücum təşkil etdikdən sonra həbsi üçün Livan hökuməti tərəfindən qərar çıxarılıb. Əhməd əl-Əsir Əbra məscidində vəhhabi ideologiyasını yaymaqla və terrorçu çıxışları ilə tanınıb. Livan ordusunun Əbra regionunda keçirdiyi əməliyyat zamanı Əhməd əl-Əsirin terrorçuluğu təbliğ etdiyi məsciddə və  evində iriçaplı və digər silah-sursat aşkar edilib. Terrorçu vəhhabi şeyxinin Livan ərazisindən Suriyaya qaçaraq orada fəaliyyət göstərən “Nusra Cəbhəsi” və digər terorrçuların yanında sığınacaq tapdığı barədə məlumatlar verilirdi. Əhməd əl-Əsir Livan ordusunun əsir götürülən əsgərlərinin edam edilməsi və qaçırılmasında fəal iştirak edib. O, Livanda vəhhabiliyin və məzhəblərarası qarşıdurmanın qıcıqlandırılmasında aktiv fəaliyyətdə olub.

Həbs olunan vəhhabi liderin arvadları etiraz aksiyası keçirdilər (Foto)

/haberimaj/habergaleri/2F9Q1A2C0N8R.JPG
  1. Həbs olunan vəhhabi liderin arvadları etiraz aksiyası keçirdilər (Foto)

  2. Həbs olunan vəhhabi liderin arvadları etiraz aksiyası keçirdilər (Foto)

  3. Həbs olunan vəhhabi liderin arvadları etiraz aksiyası keçirdilər (Foto)

  4. Həbs olunan vəhhabi liderin arvadları etiraz aksiyası keçirdilər (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.