haberL haberR

Həbsdə olan jurnalist əfv ərizəsi yazdı

Kateqoriya: Sosial Yayımlama tarixi: 15.03.2016 15:52:41

Hazırda Ədliyyə Nazirliyi Penitensar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Azər İsrafilov yenidən əfv ərizəsi yazıb.

Jurnalistin ailəsindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciət edən jurnalist ərizəsində bildirib ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsi tərəfindən 178.3.2 maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manatın pulun əvəzinə 11 min 500 manat qaytarması olub. Pul tam qaytarılmadığı üçün S.Səfərovanın şikayəti əsasında ona 7 illik həbs cəzası verilib. Bir müddətdən sonra zərərçəkənin qalan pulu ödənilib və barışıq ərizəsi yazılıb. Bu səbəbdən də jurnalist Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə zərərçəkənə dəymiş ziyanın tam ödənildiyini, tərəflərin barışıq əldə etdiyini, Azər İsrafilovun himayəsində 2 azyaşlı uşağın olduğunu, ilk məhkumluğu nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib və cəzası 7 ildən 3 ilə endirib. Cəzasının bitməsinə 1 il 3 ay vaxt qalan jurnalist dövlət başçısı tərəfindən əfv olunmaq istəyir: “Mən Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişəm. 2007-ci ildən bir neçə televiziya kanalında işləmişəm. Sizdən xahiş edirəm ki, məni bu Novruz bayramında ailəmə qovuşdurun”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.