haberL haberR

Həbsdə olan sabiq nazir azadlığa buraxıldı - FOTO

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.08.2016 12:36:36

Onu 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs ediblər.

Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Bu barədə report-a onun vəkili Əfqan Məmmədov məlumat verib.

O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs ediblər. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Həbsdə olan sabiq nazir azadlığa buraxıldı - FOTO

/haberimaj/habergaleri/4Z1K3U4W2H0L.JPG
  1. Həbsdə olan sabiq nazir azadlığa buraxıldı - FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.