haberL haberR

Həbsdən çıxan Hərbi Dəniz Qüvvələrinin sabiq rəisi danışdı (Video)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.12.2014 22:02:55

Bu gün Bakı Hərbi Məhkəməsi tərəfindən azadlığa buraxılan Hərbi Dəniz Qüvvələrinin sabiq rəisi Şahin Sultanov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

 APA TV-nin məlumatına görə, Şahin Sultanov jurnalistlərə açıqlamasında günahkar olmadığını bildirib.

“Mən günahkar deyiləm. Azadlıqda olduğuma görə prezident İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm. Özümü Heydər Əliyevin yetirməsi sayıram. Heydər Əliyevə nümunə kimi baxırdım. Öz xalqıma, Vətənimə sadiq qalmışam. Admiral rütbəsini mənə Heydər Əliyev, “Azərbaycan bayrağı” ordenini isə prezident İlham Əliyev verib. Mən bu gün ağ formanı ona görə geyindim ki, ağ formaya ləkə düşmür. Mən necə təmiz vardım, elə də qalacağam. İttihamlar irəli sürüldü, iş gedir. Zaman gələcək hamısı aydın olacaq. Rütbəm alınmayıb, formam əynimdədir".

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.