haberL haberR

Həcc məsələsilə bağlı Səudiyyə ilə İran arasında "söz dueli" davam edir

Kateqoriya: Region Yayımlama tarixi: 30.05.2016 11:05:50

Rəsmi Tehranın Səudiyyə Ərəbistanı ilə müzakirəsindən iki ölkə arasında yenidən "söz dueli" davam etməkdədir

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, iki tərəfin Həcc məsələsi barədə müzakirəsindən sonra İran tərəfi rəsmi Riyadın zəvvarların təhlükəsizliyini təmin edə bilməyəcəyini vurğulayaraq, ölkə vətəndaşlarının bu il Həcc ziyarətinə getməyəcəklərini bəyan etmişdi.

Fars körfəi ölkələrinin beynəlxalq əlaqələr şurası rəsmi Tehranın bu açıqlamasından sonra, İranı Həcc ziyasətini siyasiləşdirməkdə ittiham edib.

Şuranın sədri Tariq bin Xəlifə, İranı Həcc ziyarəti zamanı teror planı həyata keçirməyə cəhddə ittiham edərək “İran ötən illər içində dəfələrlə zəvvarların təhlükəsizliyini pozmaq və teror hadisəsi həyata keçirmək niyyətində olub.”-deyə bildirib.

Qeyd edək ki, ötən il Həcc mərasimində Səudiyyənin səhlənkarlığı (red: səhlənkarlığa görə həbslər həyata keçirilmişdi) nəticəsində minlərlə zəvvar həyatını itirmiş, ən çox dünyasını dəyişən isə iranlılar olmuşdu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.