haberL haberR

Həkimlər üçün yeni qaydalar qüvvəyə mindi

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 20.10.2015 13:24:06

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib

Azərbaycan Səhiyyə Nazirliyi "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" haqqında yeni qaydalar hazırlayır.

İslamazeri.az xəbər verir ki, bu barədə Trend-ə da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyov bildirib ki, artıq qaydalar təsdiqlənmə mərhələsindədir: "Yeni qaydalara görə, həkimlər resept yazarkən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını yazacaqlar. Yeni qaydalar təsdiqləndikdən sonra reseptlər yalnız bu formada yazılacaq. Qaydaları pozan həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.