haberL haberR

Hələb döyüşlərində 10 gün ərzində 2 mindən çox terrorçu məhv edilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 08.08.2016 15:14:23

“10 gün ərzində terrorçular Hələbin cənub-qərb tərəfindən bizim qoşunların mühasirəsini 4 güclü hücumla yarmaq cəhdinə girişiblər. Biz terrorçuların hücumunu dəf və azı 2 min terrorçunu məhv edə bilmişik.”

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu aviasiya və artilleriyanın dəstəyi ilə Hələbin cənub-qərbində terrorçuların bir sıra güclü hücumunu dəf edib, azı 2 min terrorçu məhv edilib.

“10 gün ərzində terrorçular Hələbin cənub-qərb tərəfindən bizim qoşunların mühasirəsini 4 güclü hücumla yarmaq cəhdinə girişiblər. Biz terrorçuların hücumunu dəf və azı 2 min terrorçunu məhv edə bilmişik.”, – deyə bildirilir.

Mənbənin sözlərinə görə, ilk həmlədə aviasiya terrorçuların cəmlənmə yerlərini bombardman edə bilib. Nəticədə təxminən 600 terrorçu məhv edilib, yüzlərlə terrorçu isə yaralanıb.

İkinci və üçüncü həmlə zamanı 800-dən çox terrorçu məhv edilib. Son iki sutka ərzində Ramus kvartalı yaxınlığındaki və hərbi məktəblərin olduğu ərazidəki döyüşlərdə daha bir neçə yüz terrorçu məhv edilib.

15 silahlı qruplaşmanın ittifaqı (5 mindən çox terrorçu) bir həftədən çoxdur ki, Suriyanın şimal “paytaxtının” cənub tərəfində hökumət qoşunlarının “həlqəsini” (mühasirəsini) yarmağa çalışırlar. Hələbin şərq kvartallarında terrorçuların çoxlu sayda qüvvəsi mühasirəyə alınıb. Şəhər könüllülərinin məlumatına əsasən, “həlqədə” həmçinin terror qruplaşmalarının tərkibinə daxil olan xarici muzdlular da var.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.