haberL haberR

Hələbdə terrorçulara məxsus iri hərbi-sürsat anbarı məhv edilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.07.2016 17:09:04

Bəni-Zeyd kvartalı tamamilə terror qruplaşmalarının nəzarəti altındadır. Hazırda kvartal ordu tərəfindən mühasirəyə alınmış haldadır

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın Hələb şəhərinin Bəni-Zeyd kvartalında terrorçulara məxsus silah və hərbi-sürsat anbarı məhv edilib. Bu haqda şəhər könüllülərindən bildiriblər.

“Bəni-Zeyddə iri silah və hərbi-sürsat anbarı məhv edilib. Çox güman ki, hava-zərbəsi endirilib (hava zərbəsi nəticəsində məhv edilib). Anbar terrorçulara məxsus idi. Terrorçular arasında ölənlər və yaralananlar var.”, – bildirilir.

Bəni-Zeyd kvartalı tamamilə terror qruplaşmalarının nəzarəti altındadır. Hazırda kvartal ordu tərəfindən mühasirəyə alınmış haldadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.