Hələbdə yaraqlılar silahlarını yerə qoyaraq təslim olur (Video-Təfərrüat)
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 30.07.2016 16:16:18
“Hələ deyə bilmərik ki, yaraqlılar kütləvi şəkildə təslim olurlar. Lakin Səlahəddin və Şeyx Maqsuddan son bir neçə gündə onlarla silahlı çıxaraq təslim olub.”

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, müxtəlif silahlı qruplaşmalardan olan yaraqlılar silahlarını yerə qoyaraq Suriyanın Hələb şəhərinin kvartallarındakı Suriya ordusuna təslim olurlar. Bu barədə “RİA Novosti”-yə Hələbdəki könüllülərdən bildiriblər.
“Hələ deyə bilmərik ki, yaraqlılar kütləvi şəkildə təslim olurlar. Lakin Səlahəddin və Şeyx Maqsuddan son bir neçə gündə onlarla silahlı çıxaraq təslim olub.”, – deyə bildirilir.
Ordu komandanlığının təklifini qəbul etmiş yaraqlılar nəzarət-keçid məntəqəsində silahları təvil verdikdən sonra, xüsusi-xidmət orqanlarının şöbələrinə göndəriliblər. Orada onlar, amnistiya alaraq dinc həyata dönməzdən əvvəl, bütün zəruri presodurları keçəcəklər.
Dinc sakinlər yerli hakimiyyət tərəfindən müəyyən edilmiş dəhlizlərdən çıxmağa davam edirlər. Suriyanın rəsmi xəbər agentliyi olan "SANA"-ın məlumatına əsasən, şənbə günü səhər saatlarında onlarla ailə şərqi kvartalları tərk ediblər.
Bütün vətəndaşlar hakimiyyət tərəfindən xüsusi düzəldilmiş düşərgələrə göndəriliblər. Orada onlar ilkin tibbi baxışdan keçirilir və elə oradaca onlara müvəqqəti yaşayış yeri və qida təqdim olunur.
Cümə günü bildirilib ki, terrorçular bəzi kvartallarda 50 yaşadək olan kişilərə hərbi əməliyyatlar zonasını tərk etməyi qadağan ediblər, həmçinin terrorçular tərəfindən tutulmuş rayonları tərk etmək istəyən qadın və qocaların ünvanına da təhdidlər səslənib.
Bustan-əl-Kəsar kvartalı ərazisində terrorçular müəyyən edilmiş humanitar dəhlizə atəş açıb, nəticədə 4 qadın yaralanıb.
Xatırladaq ki, cümə axşamı günü Rusiya Suriya höküməti ilə birgə, Hələb şəhərinin dinc əhalisinə yardım göstərmə üzrə genişmiqyaslı humanitar əməliyyatın keçirilməsinə başlayıb. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, dinc sakinlərin və silahını yerə qoyaraq təslim olmaq istəyən yaraqlılar üçün şəhərdən çıxmağa 3 dəhliz yaradılacaq, həmçinin 1 dəhliz silahlı və texnikası olan yaraqlılar üçün yaradılacaq.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.