haberL haberR

"HƏMAS artıq rəhbərliyi ələ almalıdır"

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.08.2015 13:48:54

Zəhhar: "Hərəkatın işğal altındakı İordan çayının qərb sahilində rəhbərliyi ələ almasının zamanı gəlib".

İslamazeri.az-ın "Timetürk"ə istinadən verdiyi xəbərə görə bu sözləri Qəzzadaki "İslami Müqavimət Hərəkatı"nın (HƏMAS) liderlərindən Mahmud əz-Zəhhar söyləyib.

HƏMAS-a aid "əl-Əqsa" kanalına danışan Zəhhar Mahmud Abbas liderliyindəki Fələstin rəhbərliyini maddi və şəxsi səbəblərdən ötəri Qəzzada liman tikməyi rədd etmək və Qəzzanın yenidən təmir-bərpasına mane olmaqla günahlandırıb.

Zəhhar, "Hərəkatın işğal altındakı İordan çayının qərb sahilində rəhbərliyi ələ almasının zamanı gəlib. İordan çayının qərb sahili bir müqavimət proqramına möhtacdır. Bu proqram onu İsrail işğalından qurtaracaq" deyib.

LONDON DƏVƏTİNƏ RƏDD!

HƏMAS-ın köhnə Yaxın Şərq Dördlüsü Xüsusi Nümayəndəsi Toni Bleyrdən Londonu ziyarət etmələri üçün dəvət aldığını söyləyən Zəhhar dəvəti qəbul etmədiklərini qeyd edib, ancaq mövzuyla əlaqədar daha ətraflı məlumat verməyib.

Zəhhar İsrail ilə Həmas arasındakı atəşkəsin Qəzzadakı embarqonun daimi olaraq ləğv edilməsi, bir limanın tikilməsi və keçən il Qahirədə əldə edilən razılaşmanın maddələrinin tətbiq olunmasıyla dəqiqləşdirilməsi çağırışı edib.

Fələstində Fəth və digər solçu hərəkatlar son vaxtlarda HƏMAS-ı İsraillə uzunvədəli atəşkəsin təmin edilməsi qarşılığında Qəzzanı Fələstindən ayırma və başqa bir dövlət qurmağa çalışmaqla günahlandırır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.