haberL haberR
"Xalqa dəstəklərinə görə təşəkkür edirik!"

 

İslamazeri.az-ın "İslami Analiz"-ə istinadən verdiyi xəbərə görə, Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS-ın mətbuat katibi Sami Əbu Zuhri tərəfindən verilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı xalqına təqaüddə olan Səudiyyə generalı Ənvər Əşqi və bərabərindəki heyətlə İsrailə səfərinə qarşı etiraz etdikləri üçün təşəkkür edib.

Zuhri bildirib ki, bu səfərə qarşı Səudiyyə Ərəbistanı xalqının etirazı İslami və vicdani bir etirazdır. Səudiyyə Ərəbistanı rejiminə də səslənən HƏMAS nümayəndəsi Səudiyyə rejiminin bu səfərlə bağlı konkret münasibət ortaya qoymasını və onları gələcəkdə bu kimi halların qarşısını almağa çağırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.