haberL haberR

HƏMAS İŞİD və "Husi" hərəkatıyla bağlı açıqlama verdi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.02.2015 12:26:17

Fələstin müqavimət hərəkatı olan HƏMAS İŞİD və "Husi" hərəkatıyla bağlı açıqlama verib

İslamazeri.az xəbər verir ki,  olan HƏMAS bəzi KİV-in xəbərlərini təkzib edib.

Belə ki, Misir mediası tərəfindən yayılan "HƏMAS yaxın günlərdə İŞİD lideri Əbubəkr əl-Bağdadiyə beyət edəcək" xəbəri HƏMAS tərəfindən yalanlanıb.

HƏMAS hərəkatının mətbuat xidməti bu xəbərə münasibət bildirib: "Bu məlumatlar HƏMAS hərəkatını gözdən salmaq üçün məqsədli şəkildə yayılıb. Bizim təşkilat Fələstinin sionist işğalçılar tərəfindən azad edilməsi üçün yaradılıb. Müqavimət bundan başqa fəaliyyətlər həyata keçirməyib, keçirməyəcək də".

Fələstin müqavimət hərəkatı  Yəməndə "Husi" hərəkatının HƏMAS qərargahına hücum etməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. HƏMAS-ın Yəməndəki nümayəndəsi Əbdül Muati Zakut "Arab21" portalına bu xəbəri yalanlayaraq belə deyib: "HƏMAS Yəməndəki bütün tərəflərlə sıx əlaqələrə malikdir. Bizi Fələstin məsələsindəki həmrəyliyimiz birləşdirir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.