haberL haberR

Həmas və Hizbullah Tel-Əvivdəki hücumla bağlı açıqlama yaydılar

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.06.2016 12:33:09

8 İyunda Tel-Əvivdə fələstinlilər bir əməliyyat həyata keçirib

İslamazeri.az-ın verdiyi xəbərə görə, 8 İyunda axşam saatlarında İsrail paytaxtı Tel-Əviv şəhərində iki fələstinli ticarət mərkəzlərinin birində İsrail ordusunun fəlsətinlilərə zülm və zorakılıq etmələrinə cavab olaraq 5 nəfəri öldürmüş, 9 nəfəri isə yaralamışlar. Hər iki fələstinli həbs olunub.

İsrail tərəfi hücumu terror aktı, Fələstinin bütün təşkilatları isə "İsrailə cavab" və "Cihad aksiyası" adlandırıblar.

HƏMAS sözçüsü Sami Əbu Zəhri cümə axşamı bir bəyanat yayaraq, çərşənbə günü Təl-Əvivdə 2 fələstinli gənc tərəfindən həyata keçirilən anti-sionist əməliyyata işarə edərək deyib:  "Bu əməliyyat sionist hərbçilər və qəsəbə sakinlərinin əl-Əqsa Məscidinə hörmətsizliyi və Fələstin xalqına qarşı təcavüzlərinə təbii reaksiya sayılır.

Təl-Əvivdə törədilən anti-sionist əməliyyat bir daha sübut etdi ki, Qüds İntifadasi davam edir və düşmənlərin fitnələri onu cilovlamağa qadir deyil.", - SəhərTV bildirir.

"Əl Aləm"in Livan müxbiri isə Livan Hizbullah hərəkatının hücumla bağlı açıqlama yaydığından xəbər verib. 

 “Bu əməliyyat sübut etdi ki, Sionist rejim və onu dəstəkləyənlərin təzyiq və zülmləri fələstinlilərin iradə və əzmini zərrə qədər də olsun aradan apara bilməyib. Əməliyyat sübut etdi ki, bu zülmlər onları hüquqlarının tapdanmasına göz yummağa və tarixlərini unutmağa səbəb olmayıbdır. Biz onların İsrail önündə qazandıqları qələbədən şadıq. Biz bütün ərəb və müsəlman millətlərindən, eləcə də azad olan insanlardan istəyirik ki, maddi, media və siyasi cəhətdən Fələstin xalqına öz dəstəklərini əsirgəməsinlər ki, onlar işğal olunmuş torpaqlarını “intifada” yolu ilə azad edə bilsinlər.”, -deyə bəyanatda bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.