haberL haberR

Həmas və Hizbullaha yaxın olan partiya sədri İngiltərə gündəmini silkələdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.09.2015 14:55:32

Fələstin Həmrəylik Kampaniyası üzvü Korbin, Fələstin probleminin həlli üçün Həmas və Hizbullah rəsmilərilə də yaxın təmasda olur.

İslamazeri.az-ın "On4haber"-ə istinadən verdiyi məlumata görə, İngilis Fəhlə Partiyasının yeni lideri Ceremi Korbin, radikal xarici siyasət anlayışı ilə ölkə gündəmini silkələyib.
Deputat Ceremi Korbinin Fəhlə Partiyasının sədri seçilməsi partiyada yeni bir dövrün başlanğıcı olması, həmçinin sosialist siyasi xətt üzərində qurulması bu yeni dövrün ölkə siyasətində necə əks olunacağı barədə cəmiyyət arasında müxtəlif fikirlər söylənilir.

İngilis mətbuatında yer alan şərhlərdə Korbinin parlamentdə qadın deputatlara daha çox yer vermək planının olduğu və solçu ideologiyasının ölkə  siyasətində yer alması Fəhlə Partiyasının səsverməyə müsbət təsir edəcəyi deyilib.

Baş nazir Devid Kemeron isə "Fəhlə Partiyasının artıq İngiltərənin milli təhlükəsizliyi üçün bir təhdid halına gəldiyini",söyləyib.
Xarici siyasətdə radikal mövqeyi ilə diqqət çəkən Korbin, Avropa Birliyi və NATO üzvlüyünə qarşı çıxır. Fələstin Həmrəylik Kampaniyası üzvü Korbin, Fələstin probleminin həlli üçün Həmas və Hizbullah rəsmilərilə də yaxın təmasda olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.